Oyandı qəlbimdə dəli bir həvəs,Alışıb-yanmağa alov istədim.Fikrim dağlar gəzdi, düzlər dolaşdı,Meylimi verməyə bir ov istədim.

Başladı ömrümün yuxu sürgünü,Külək gözlərimdən qovdu mürgünü.Qışda arzuladım isti bir günü,Yayın ortasında qırov istədim.

Dedilər torpağı qarış-qarış gəz,Yoxdur cavanlığa yeni bir əvəz.Çıxmağa Şahdağı, gəzməyə Kəpəz,Dünyaya baxmağa Murov istədim.

1976, 23 iyun

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов