Dünyaya gələli mənim könlümüBir kaman ağladır, bir saz yandırır.Ömür qışla yazın arasındadı,Bir qış donduranda, bir yaz yandırır.

Yaxına, uzağa meylimi saldım,Aranın, yaylağın seyrinə daldım.Mən bütün çaylardan sərinlik aldım,Qəlbimi tək bircə Araz yandırır.

Olsa da ürəyim yumuşaq, həlim,İstərəm hicrana bir gəliş gəlim.Vətəndən Vətənə çatmayır əlim,Ömrümü bir həsrət, bir naz yandırır.

1976, 21 iyun

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке