Kərəm yalan oldu, mən gerçək oldum
Gəl gözüm işığı, gəl gözüm nuru,Dilim qabar oldu “göz” deyə-deyə.Ruhum harayladı, könlüm çağırdı,Öldürdün, darıxma, “döz” deyə-deyə.
Yoruldum, dizimi heydən eylədim,Vaxtımı hey axşam, hey dan eylədim.Ayağın altında meydan eylədim,Sinəmin üstündə “gəz” deyə-deyə.
Nədi sirr saxlamaq, sirr, mən bilirdim,Gizli sevgiləri pir mən bilirdim.Bir Allah bilirdi, bir mən bilirdim,Dillərdə söz oldum, “söz” deyə-deyə.
Yerinə yetməyən bir dilək oldum,Yol üstə saralan son çiçək oldum.Kərəm yalan oldu, mən gerçək oldum,Qaynar baxışlara “köz” deyə-deyə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-kerem-yalan-oldu-men-gercek-oldum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zaman hər bir şeyi açdı, ağartdı,Daha bu dünyada gizli nə qaldı.
Xeyir-dua verYer oğlunu fələklərə qaldırar,Bir az insaf, bir az iman, bir az din.
Sevgilər çox düşüb qara-boranaƏrzrum dağları, xoş gördük səni,Qarşına söhbətdə, sazda gəlmişəm.
Qırğız qızıKımız verdi mənə qırğız gözəli,Qəlbin yanır, al, doyunca iç dedi.