Mələklər belə yaşayır
Bir qızılgül bağçasıdı,Ömrü gül kimi yaşadı.İpək kimi incələndi,Ömrü gül kimi yaşadı.
Zili vardı, pəsi vardı,Qəlbə yatan səsi vardı.Həzin bir nəğməsi vardı,Sazda tel kimi yaşadı.
Baxış doğma, nəfəs tərdi,Dodaq büllur, yanaq zərdi.Baxsan dibi görünərdi,Duru göl kimi yaşadı.
Çiçəklər belə yaşayır,Diləklər belə yaşayır.Mələklər belə yaşayır,Haqqa yol kimi yaşadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-melekler-bele-yasayir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Gəlir keçər
Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
AlmaÜç ay yay dolanıb payız olanda,Məst olub sığışmır budağa alma.
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,