Orda duydum el ruhumun sazını,Orda sevdim bir kişinin qızını.Orda çəkdim gözəllərin nazını,Mən öləndə üzümüBorçalıya çevirin.

İçərimdə həsrət adlı yükü var,Ürəyimdə yaraların kökü var.Ləlvəri var, Ağlağanı, Lökü var,Mən öləndə üzümüBorçalıya çevirin.

Mənim könlüm bu torpağı sevirdi,Qürbət ellər ömrü yelə sovurdu.Bəlkə, elə Allah özü çevirdi,Mən öləndə üzümüBorçalıya çevirin.

Öpsün əsən yellər, yağan yağışlar,Oxşasın sevdiyim şirin baxışlar,Məkkə də, qiblə də məni bağışlar,Mən öləndə üzümüBorçalıya çevirin.

Su vətəndi, balıq torda qəribdi,Eldən ayrı qəbir, gor da qəribdi.Mən qürbətdə, Vətən orda qəribdi,Mən öləndə üzümüBorçalıya çevirin.

Qoyun məni torpağının altına,Torpağının, yorğanının altına,Üzüm olsun ayağının altına,Mən öləndə üzümüBorçalıya çevirin.2002, 6 iyul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке