Kimin dodağındaqımqıması var,Kimin ki ürəkdəzümzüməsi var,Kimin gözlərindəhaqqın işığı,Kimin qulağındahaqqın səsi var,O, ana yurdunaarxa çevirməz.

Kimin xəyalındaana laylası,Anadan bir kövrəkbayatı varsa,Zərif körpəliyin,saf uşaqlığın,Yaddaşda bir parçahəyatı varsa,O, ana yurdunaarxa çevirməz.

Kimin baxışındabağların əksi,Burnunda çiçəyinətri qalıbsa,Udduğu havanın,içdiyi suyunDəyəri, qiyməti,qədri qalıbsa,O, ana yurdunaarxa çevirməz.

Ölənin, itəninarxası olar,Göyərib bitəninarxası olar,Qürbətdə Vətəninarxası olar,Qaçar arxasıncaarxasızların,O, ana yurdunaarxa çevirməz.

Lap belə dünyanıno başında da,Doxsan yaşında da,yüz yaşında da,Fikrində, hissində,yaddaşında daSözü Vətən olar,sözü Yurd olar,Vətənsiz yaşamaqona dərd olar.O, ana yurdunaarxa çevirməz,Heç vaxt silahınıxalqa çevirməz.

2002, 9 sentyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине