Mən ürəyi ürək kimi saxlamadım
Mən bilmədim sına bilər, yana bilər,Mən ürəyi ürək kimi saxlamadım.Nə biləydim buz baxışdan dona bilər,Mən ürəyi ürək kimi saxlamadım.
Qohum gəldi, qonşu yığdı, yad apardı,Qəmli gələn qismətini şad apardı.Odu sönən ürəyimdən od apardı,Mən ürəyi ürək kimi saxlamadım.
“Xeyrə-şərə, toya-yasa yüyür”, — dedim,Taleyimə “yaralanmış cüyür” dedim.“Özün qızdır, harda kim üşüyür”, — dedim,Mən ürəyi ürək kimi saxlamadım.
Dərd dağının külüng çalan Fərhadıyam,Tüstüsüyəm, dumanıyam, fəryadıyam.Öz qəlbimin qaniçəni, cəlladıyam,Mən ürəyi ürək kimi saxlamadım.
“Yeri göyə, göyü yerə bağla”, — dedim,“Alış” dedim, “tutuş” dedim, “çağla”, — dedim.“Yas görəndə hönkür-hönkür ağla”, — dedim,Mən ürəyi ürək kimi saxlamadım.
Dövlət yükü, millət yükü, şöhrət yükü,Bu millətin içindəki zillət yükü,Bu yüklərin altındakı zəhmət yükü,Mən ürəyi ürək kimi saxlamadım.
Mən ürəyi çiçək kimi saxlamadım,Yağ içində böyrək kimi saxlamadım.Hey əritdim, hey çürütdüm, hey qanatdım,Saxlamadım, saxlamadım, saxlamadım.
Hönkürəndə dağ döşündən qaya qopdu,Ağlayanda boş-boşuna ağlamadım.Mən ürəyi ürək kimi saxlamadım,Saxlamadım, saxlamadım, saxlamadım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-men-ureyi-urek-kimi-saxlamadim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Üstümə gələn şikayətçilərə*Ürək nədir, zərif tel, incələrin incəsi,
Hər şeyin sahibi, ağası bəlliSiyasət içində siyasətə bax,Ticarət içində siyasətə bax,
Yeriniz yaman görünürBu yol sona varan deyil,Hər yanı duman görünür.
Yenə bahar gəlibYenə bahar gəlib, torpağa bahar,Mənimsə qəlbimdə bir göynərti var.
Стихи других поэтов
Bir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,
Mənim eşqimNə ağırdır mənim eşqim, nə ağır,Bu ağır siqləti çəkməz divlər.
Xəzərə axşam düşürQaş qaralır, günəşin qürubuna az qalır,Sahil kimsəsizləşir, qumlar, üstə iz qalır.
Aşıq Pərinin Cəfərqulu xana cavabıEşitmişdik, qulluğuna yetişdik,Gördük ki,düşübsən dildən-dilə sən.