Məcnun olmaq istərəm,Mənə səhra bağışla.Balıq olmaq istərəm,Mənə dərya bağışla.Baş qoyum dizin üstə,Mənə layla bağışla.Sevmək zamanı gəldi,Qaynar çeşmə, göy çəmən,Güllü yayla bağışla.Əsirgəmə, ey gözəl,Dünyanı istəyirəm,Mənə dünya bağışla.

2004, sentyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе