XX əsrYaratdı Üzeyiri,Yetirdi Qaranı,Yetirdi Fikrəti.Azərbaycana bir səs axarı,Bir ahəng bağışladı.

XX əsrYetirdi Müşfiqi,Yetirdi Cavidi,Yetirdi Vurğunu.Müşfiqə güllə,Cavidə sürgün,Vurğuna xərçəng bağışladı.

XX əsrİki dəfə güldü üzümüzə,Bir dəfə enən,İki dəfə qalxan bayrağımızaÜç rəng bağışladı.

XX əsrƏritdi yağımızı,Çıxartdı cızdağımızı,Taladı torpağımızı,Bizi qana çəkdi,Bizə sovqat verdi,Bizə cəng bağışladı.

2001, 5 aprel

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов