Nə gətirdin bu dünyaya?
Yazıq insan, dərdli başınnələr çəkdi bu dünyada,Ürək dözmür, nəfəs çatmır,hay-küydə baş-beyin getdi.Arzuların arxasıncaqaçmaq oldu işin-peşən,Gözlərindən nurun getdi,dizlərindən heyin getdi.Göz açmamış göz yummaqdıson qismətin, son qazancın,Qəfil çaxan ildırımdanömrün-günün yeyin getdi.Niyə gəldin bu varlığa,niyə getdin bu aləmdən?Nə gətirdin bu dünyaya,nəyin qaldı, nəyin getdi?!
2002, 5 aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ne-getirdin-bu-dunyaya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
پنهان به نظارهای که من دانم و تو
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
NədiKalvayı, fəhm elə, gər,Bu gələn insandı, nədi?!
Mahnımın nəqəratıKağızlar üstündəki sətirlər zəfərimdir,Altında imzam isə mənim alın tərimdir.