Kağızlar üstündəki sətirlər zəfərimdir,Altında imzam isə mənim alın tərimdir.Könül dəftərimdəki hər mənalı səhifəUlduzlu, aylı gecəm, günəşli səhərimdir.

Yazısız, başdaşısız torpaqlara gömdüyüm,Qəlbimdən qopardığım dünənki kədərimdir.İlhamımın çeşməsi, mahnımın nəqəratıMənim uzun ömrümün aynası Xəzərimdir.Dalğaların qoynunda bir an sakit keçməyənHavasını udduğum bu gözəl şəhərimdir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов