Ürəyini geniş eylə,Yağın aşa nə ziyanı?Çək sürməni xoşa gəlsin,Gözə, qaşa nə ziyanı?

Od var olsun, su var olsun,Hər nə varsa, qoy var olsun.Üst-üstə qoy divar olsun,Daşın daşa nə ziyanı?

Başıma açma nağılı,Başsız bu dünya dağılı.İçində varsa ağılı,Başın başa nə ziyanı?

2005, 8 dekabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов