Pir sultan meydanı
Sığışmıram bəyliyə,sığışmıram xanlığa.Həmişə can atmışam,söz adlı xaqanlığa.Tanrım, mənə bu yaşdaBir sultan meydanı ver!
İşıq ver yanaqlara,şirə ver dodaqlara,Vaxtsız solmasın lalam.Dayaq ol hasarıma,Uçmasın qəsrim, qalam.Ulular meydanında,Hələ ki bir abdalam,Mənə Pir Sultan eşqi,Pir sultan meydanı ver!
2010, 21 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-pir-sultan-meydani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yaxşı ki...
Yaxşı ki, zirvələr sal buzdu,Hər saat çıxmaq olmur.
Memar SinanTürkün sehrkar oğlu, möcüzələr ustadı,İnsanı daş eylədi, daşdan insan yaratdı!
TapşırıqTürkiyəyə gedirsən, uğurlar olsun sənə,Dumanlı suallara aydın bir cavab gətir!
Salam, İstanbul!Salam, İstanbulum, işığım, nurum,Hüsnünə könlümü verdiyim şəhər.