Qar yağa-yağa
“Qar yağa-yağa” şeirinin müəllifi Gürcüstanınəməkdar müəllimi Rəşid Acalova həsr edirəm
Səni düşünürdüm, el ağsaqqalı,Baxırdım budağa, qar yağa-yağa.Həzin nəğmələrin axdı könlümə,Söz qondu dodağa, qar yağa-yağa.
Ömür sınağı var, yaş sınağı var,Torpaq imtahanı, daş sınağı var.Gördüm ki, qarşıda qış sınağı var,Girmədim otağa, qar yağa-yağa.
Fikrimi şaxtaya, sazağa verdim,Meylimi yaxına, uzağa verdim.Qəlbimin odunu torpağa verdim,Baxdım hər oylağa, qar yağa-yağa.
Məhəbbət yenə də dadıma gəldi,Lələ də, Kərəm də yadıma gəldi.Üşüyən istimə, oduma gəldi,Döndüm bir ocağa, qar yağa-yağa.
İlham ən müqəddəs nemətdi, paydı,O mənim səsimi aləmə yaydı.Sinəmi yandıran söz olmasaydı,Dönməzdim bulağa, qar yağa-yağa.
Dilimdən söz yağdı, sözümdən ətir,Dedi hər şeirinə təravət gətir.Könlümdən keçəni sətirbəsətir,Köçürdüm varağa, qar yağa-yağa.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qar-yaga-yaga
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İnsan oğlu vaxtsız getməz həyatdan,Bir qəzası, bir qədəri yoxdusa.
DəyişməzHər zaman çalsa da öz havasını,Heç vaxt sənətkara rəğbət dəyişməz.
Mənim sazım sındırılan saz deyil“Zəlimxan Yaqubun sazında bir tel qırılıb”.“Azadlıq” qəzetində dərc
Baş Yastığa gələndəSəs qınına çəkilər,Otaqda sükut gəzər.
Стихи других поэтов · О родине
Ölüm, yaxın düşmə igidlərimə,O çinar boylular balamdır mənim.
Faciəyi-həyatımızdan bir pərdəMəzaci-xəlq olmuş münhərif mizani-səhhətdən,Təcavüz eyləmişdir hali-ümmət istiqamətdən.
DidərginBaşına haranın külünü töksünSinəsi əzabdan dağ-dağ didərgin.
GünüdüQəm-qəsavət bu gün başa vuruldu,Ağlayalım, ayrılığın günüdü.