Əl atıb qaldıraröz gəmisinə,Nuh mənim ömrümüyarıda qoymaz.Mələklər ucaldarmərtəbəsinə,Ruh mənim ömrümüyarıda qoymaz.

Yaş yumaz yanağı,nəm insaf eylər,Zil yormaz səsimi,bəm insaf eylər.Dərd geri çəkilər,qəm insaf eylər,Ah mənim ömrümüyarıda qoymaz.

Uzaq bir səfərinyolluğundayam,Qəmli fikirlərinbolluğundayam.Xalqın da, haqqın daqulluğundayam,Şah mənim ömrümüyarıda qoymaz.

2008, 13 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов