Həkimlərin işi-gücü,Ağrımı sağlamaq oldu.Təmiz fikri, saf niyyəti,Yaramı bağlamaq oldu.

Od yapışdı köz yaşıma,Oğulsansa, döz yaşıma.İşim-peşəm gözyaşımaQarışıb çağlamaq oldu.

Yazını pozmaq olmadı,Yaxşıya yozmaq olmadı.Mənimki yazmaq olmadı,Mənimki ağlamaq oldu.

Almaniya,Münhen xəstəxanası, 2008, 13 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов