Qoşma
Elə hey deyirsən şeir yaz mənə,Təpədən dırnağa şeirsən, ay qız.Sənə verən verib bu gözəlliyi,Sevgisən, fərəhsən, xeyirsən, ay qız.
Bozarmaq dumana, çənə yaraşır,Saralmaq sünbülə, dənə yaraşır.Qırmızı geyinmək sənə yaraşır,Yaxşı ki, qırmızı geyirsən, ay qız.
Baxışın ocağın qaralmaz közü,Hüsnünə baxanın nur alır gözü.Sevdiyin kəlməni, dediyin sözü,Lap mənim qəlbimdən deyirsən, ay qız.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qosma-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Səhər-səhər həsrət ilən gəzirdim,Cüt qoşa nar gördüm iki sinədə.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.