Bu gün bir xəstə gördüm, xəstəlik, nə xəstəlik,İynələrin ucunda bədəni dəlik-dəlik.Durmaq olmur yanında fəryadından, ahından,Asan ölüm istəyir ölümsüz Allahından.Ölüm hələ yoldadır, dərə keçir, düz gəlir,Əcəl istəyən kəsə əcəl könülsüz gəlir.Gözəl olan şeyləri bir-bir salıram yada,Rahat ölümdən gözəl heç nə yoxdu dünyada!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти