Torpağı alışıb, yurdu talansa,Çəkilər qəlbinə dağlar şairin.Həsrətdə qovrulub, qürbətdə yansa,Buludlar üstündə ağlar şairin.

Bitər kökü üstə ağac yerinə,Toxunar ərişlə arğac yerinə.Dərman əvəzinə, əlac yerinə,Torpaq yarasını sağlar şairin.

Qarşıdan yaz gəlir, səməni varsa,Arı bal çəkəcək, çəməni varsa.İtkisiz, zədəsiz Vətəni varsa,Şair dağlarındı, dağlar şairin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке