Gözümüz üstündə mehman əyləşib
Söz bizi çıxardır şahlıq taxtına,Saçar işığını Ay taxtımızda,Çapırdar atını belədən-belə,Allahın verdiyi pay taxtımızda.
Qədimdən qədimdi, uludan ulu,Dənizi dalğalı, çeşməsi sulu.Söz mənim bəyimdi, mən onun qulu,Qoy rahat əyləşsin bəy taxtımızda.
Gözümüz üstündə mehman əyləşib,Mehmana canımız qurban, əyləşib.Nə yaxşı söz adlı sultan əyləşib,Bizim könül adlı paytaxtımızda.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gozumuz-ustunde-mehman-eylesib
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İstanbulda bizi – bir qrup Azərbaycan ziyalısını “Zaman”*qəzetinin redaksiyasına dəvət etmişdilər. Xalqımızın, torpa -*
GöyqurşağıGözüm gördü, könlüm sevdi, vuruldu,Taxtım-tacım göy üzündə quruldu.
Məkkə yoluBu yol Məkkə yoludu,Bu yol şərəf-şan yolu.
MəkkədəÇağırdıq qadir Allahı,Yazıldı qismət Məkkədə.
Стихи других поэтов · О природе
Üç Ay keçdi, yoxa çıxdı Eldəbir,İş götürdün sona çatdır işini.
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.