Bir ah çəkdim, buz əritdim,Can kürəmdə söz əritdim,Gözləməkdən göz əritdim,Tapılmır itən, gəlirəmlGəlirəm, Vətən, gəlirəml

Qəddi əymək vaxtı deyil,Gözün döymək vaxtı deyil,Paltar geymək vaxtı deyil,Geyinib kəfən, gəlirəmlGəlirəm, Vətən, gəlirəml

Qayaları dizi bilsin,Bulaqları gözü bilsin,Kim gəlməsə, özü bilsin,Səfərdəyəm mən, gəlirəmlGəlirəm, Vətən, gəlirəml

Daş üzlərin şilləsiyəm,Key başların gülləsiyəm,Son qələbə pilləsiyəm,Qalxıb haqqa tən, gəlirəmlGəlirəm, Vətən, gəlirəml

Sinəmin üstə silahım,Başımın üstə Allahım,Açıl, ey qalib sabahım,Olub tunc bədən, gəlirəmlGəlirəm, Vətən, gəlirəml

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов