Qəbir üstə səpələnən torpağaGül əkilir, bar ağacı əkilmir.Bu da elə ömür-gündü, yaşamdı,Ya küknardı, ya qovaqdı, ya şamdı,Qəbir üstə topalanan torpağaTəbiətin hər ağacı əkilmir.

Hər zərrəsi göz yaşıyla sulanır,Burda torpaq axar suyla sulanmır.Gecə-gündüz bu torpağın başınaQəm dolanır, sevinc, şadlıq dolanmır.

Qəbir üstə qalan torpaq od tutar,Toza dönər, xırdalanar, qumlanar.Anaların gözləriylə öpülər,Anaların dizləriylə şumlanar.

Qəbir üstə qalan torpaq göz dağı,Qəbiristanlıq qəm yurdu, dərd ölkəsi.Bir əbədi heykəlidi həsrətin,Başı üstə başdaşımın kölgəsi!

2000, 20 avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти