Salamat qalar
Cərrah bıçağından al-qan tökülər,Xəstə gah can alar, gah da can verər.Bir yer ağrısa da, min yer göynəyər,Ağrı min tərəfə həyəcan verər.
Ağrılar canına odtək dolanda,Dişini dişinə sıxar kişilər.Öldürər ölümü öz qüdrətiylə,Ölümün ağzından çıxar kişilər.
Mərdlərin önündə əsər dizləri,Əzrayıl özü də donar, mat qalar.Kişi xəstələnər, kişi ağrıyar,Kişilik həmişə salamat qalar.
2012Almaniya, Hannover
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-salamat-qalar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О смерти
Yadımdadır, bir gün, bir axşamçağı,Yayıldı aləmə həzin bir xəbər:
Səndən ayru yüz ğəmü dərdü məlamətdir manaSəndən ayru yüz ğəmü dərdü məlamətdir mana,Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mana.
سخت است گرچه مرگِ پدر بر پسر همیهان ای پسر مخور غم از این بیشتر همی
Deyin o yara, edir aşiqin səfər, gəlsinDeyin o yara, edir aşiqin səfər, gəlsin,Şikənci-əqrəb ara gizlədib qəmər, gəlsin.