Salarsan
Eşqimi dağlara verən gözəlim,Bu dəfə yolunu bizdən salarsan.Çox da yüksəklərə getməsin ağlın,İndi də meylini düzdən salarsan.
Gələrsən, qızarıb söküləndə dan,Közərəndə könül, alışanda can.Mənim yorğanımı oddan-alovdan,Mənim döşəyimi közdən salarsan.
Sükut meydanında xəyal yas tutar,Gəlməzsən, sinəmdə ürək pas tutar.Hardasa gözünü ehtiras tutar,Gözlə, məhəbbəti gözdən salarsan.
1975, 4 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-salarsan
Клавиши ← → для перехода, R — случайное стихотворение