Çıx dünyanın seyrinə
Çıx dünyanın seyrinəDan yeri sökülməmiş.Səhərin almaz şehiYarpaqdan tökülməmiş.Təbiətin tərtəmiz,Günün bakirə vaxtı,Gülün ləçəklərindənÇəkilən şirə vaxtıÇəmənin kəpənəyi,Çölün arısı sən ol!Bu dünya başdan-başa,İtsə sevinc içində,Onun yarısı sən ol!Körpəcə budaqlarınQönçələri açmamış,Gün dəyib, tumurcuğunDodaqları qaçmamış,Yerdə vaxtı qabaqla,Göydə günü qabaqla.Təbiətin eşqinə,Çal-çağırı qabaqla,Toy-düyünü qabaqla.Hər gün Günəşdən qabaq,Çıx dünyanın seyrinə.Qoy beləcə yaşasınDünya sənin xeyrinə,Sən dünyanın xeyrinə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-cix-dunyanin-seyrine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bütün doğmalaraüz tuturam mən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Həqiqətlə, məhəbbətləGəl təzə il, birgə gəzək anam Vətən torpağını.Hər ilin öz gözəlliyi, hər ilin öz neməti var.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.