Nə dovşan qaçışı, nə fil yerişi,Qartal uçuşudur mənim uçuşum.Dərədə sürünmək deyildir işi,Dağların başına dolanır quşum.

Son dəfə gözümdə sönəndə işıq,Sanma birdəfəlik susacağam mən.Hay vurub, qıy vurub qəbrim qarışıq,Dağları bağrıma basacağam mən.

2002, 5 fevral

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов