Səbr eyləmə
Düşün, qardaş, öyüd səni aldatmasın,Düzün tərsə yozulanda səbr eyləmə!Xəyanətə qurban gedən oğullar var,Səflərimiz pozulanda səbr eyləmə!
Bu taledi... kim piyada, kimlər atlı,Qana batdıq, gör bu daşı kimlər atdı.Düşmən vurdu, yoxsa ağlı kəmlər atdı,Barmağın da cızılanda səbr eyləmə!
Çəkməliyik, bizə dərdi zaman verib,Alan deyil, verdiyini yaman verib.Sənə güllə atanlara aman verib,Qan yaradan sızılanda səbr eyləmə!
Qara yellər üstümüzdən əsə bilər,Əyri əllər yolumuzu kəsə bilər.Babaların ruhu bizdən küsə bilər,Tarix saxta yazılanda səbr eyləmə!
Bir doğrunun ürəyindən gələn bir səs,Min yalanın hökmü ilə bata bilməz!Alçaqların qəbrini qaz, kökünü kəs,Sənə qəbir qazılanda səbr eyləmə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sebr-eyleme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Cəfərqulu xanın Mirzə Əbülqasım Qazinin həcv etməsiMatəmi böylə tutarmış məgər adəm, qazi?Edə lə’nət ona bəs sahibi-matəm, qazi?
FilankəsNə zamandı yar həsrətin çəkirəm,Sığal verir qaşa, gözə filankəs.