Səhradakı qum dənəsi sal qayadan nişanədir
Elə bir kimsə yoxdur ki, onun üstündəbir gözətçi (mələk) olmasınl(“ət-Tariq” sürəsi, 4-cü ayə)
Peyğəmbərdən yazırsansa,yazdığın anı dərk elə,Könlünü aç mələklərə,yerdə insanı dərk elə.
Min-min kitab yazılsa da,başı bir kitaba bağlı,Min-min kitab oxusan da,əvvəl Quranı dərk elə.
Yollar da çox, yoxuşlar da,hansı yoldu sənin yolun? —Doğru səmtə varmaq üçünyolu — ərkanı dərk elə.
Dağı yarar, daşı kəsər,Haqq sözünü qılınc kəsməz,İsmayılın eşqi iləenən qurbanı dərk elə.
Azan özü nə danışır,nə söyləyir insanlara? —Doğan günü, batan ayı,sökülən danı dərk elə.
Bədən ruhla, işıq gözlə,baş ağılla gözəlləşər,İmandı qəlbin işığı,dini, imanı dərk elə.
Məzlum kimdir, zülmkar kim,cənnət nədir, cəhənnəm nə? —Ölüm-dirim yollarındatökülən qanı dərk elə.
Haqqın varmı haqq yolundaqələmini çalmaq üçün? —Nəfsi öldür, tamahı boğ,ağlı, vicdanı dərk elə.
Səhradakı qum dənəsisal qayadan nişanədir,Zərrəyə bax, bir zərrədəbir kəhkəşanı dərk elə.
Cəsarətin çatacaqmıdağı yerdən qaldırmağa,Özünə bax, qəlbindəkigücü, imkanı dərk elə.
Hər ağ üzdə bir Günəş var,hər könüldə bir atəş var,Bax Peyğəmbər camalına,bütün cahanı dərk elə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sehradaki-qum-denesi-sal-qayadan-nisanedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir gözəl sevmişəm günəş camalı,Gərdəni minadır, qədi ərərdir.
Müxəmməs: Gəlmiş ol alicənabın qasidi istər tüfəngGəlmiş ol alicənabın qasidi istər tüfəngEy gözüm, nəzzarə qıl, bax hər yana axtər tüfəng
Süni ürəkDeyirlər xəstə qəlbiDəyişəcək həkimlər,
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,