Bu gün şeirin dünyasıdı,təptəzə şeirim doğulub,O şərəfə süfrə açıbsözdən ziyafət verirəm.

Sözsüz dünya lal-kar olar,yer çevrilər cəhənnəmə,Qəlbimin hər bucağındasizə bir cənnət verirəm.

Yer üzünün rəssamıyam,fırça mənim əlimdədir,Hər sözə bir naxış vurubtəzə bir zinət verirəm.

Arı ilə dost olmağımbu gün verib bəhrəsini,Hər sözümə bal qatılıb,hər kəsə nemət verirəm.

Mənim şeirim gülüstandı,hər çiçəkdən dərmək olar,Kim nə dərsə halalıdır,halal bir nemət verirəm.

Təzə ruha, təzə səsəəl qaldırıb amin deyin,Bu gün candan can ayrılıb,könüldən sərvət verirəm.

Qəbul etsin dəvətimi,unutmasın söhbətimi,Gələn məni bağışlasın,bir azca zəhmət verirəm.

Safdı ruhum, safdı eşqim,nəfəsim də saf qalacaq,Mən də şeirin dünyasınabu cür təravət verirəm.

Ölüm haqdı, Zəlimxan dabu dünyadan köçüb gedər,Şeirim könül əmanəti,sizə əmanət verirəm.

2011, 13 fevral

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов