Mövlananın dönmək eşqiŞəmsin “Səma”sından gəlir,Duyğuların ucasından,ruhların xasından gəlir.Bircə yerdə tutmur qərar,hey dolanıb dönür insan,Kiminin toyundan gəlir,kiminin yasından gəlir.1 Şərqin ən məşhur alimlərindən olan böyük Sufi Bağdatlı Cüneydəgörə sufidə 8 peyğəmbərdən 8 nişan olmalıdır.

Ömür bir pərvanə kimihey dolanır şam başına,Beşikdən başlanan ömrünson səsi “Yasin”dən gəlir.Özbaşına yarpaq düşmür,dönən varsa döndərən var,Dönənlərə dönə-dönəTanrı gücü göndərən var.Saat dönür Ay başına,ay dolanır il başına,Bülbülə bax, necə coşur,hey dolanır gül başına.Yetmiş yeddi millət olsatanıyacaq qibləsini,Hamı gəlib dolanacaqsevən bir könül başına.Dünya dönür səs üstündə,dünya dönür ney üstündə,Dolanmayan heç nə yoxdu,yer üstündə, göy üstündə.Analar öz balasına“başına fırlanım” — deyir,Öz ömrünü qurban verib“haqqa qurban canım” — deyir.Ananın öz səması var,balanın da öz səması,Hərəkətdə, dönməkdədir,ruh səması, söz səması.Ölümdən öncə öldürür,bədənlə kəfən göstərir,Neçə məndən keçib-gedir,axırda bir mən göstərir.“Səma”dan başlanan yolunsonu Meraca doğrudur,Hər insanın içindəkiKəbəyə, Haca doğrudur.

Bu elə bir yolçuluq ki,haqqa ibadətdən keçir,Haqqa varan kişilərinyolları Cənnətdən keçir.Orda gözə görünməz qəm,çünki ruh qəmdən yuxarı,Bir aləmdi qalxıb durariki aləmdən yuxarı.Nə mən varam, nə sən varsan,yer onundu, orda O varlEşq onundu, od onundu,odda O var, nurda O varlGülən gözdə, yanan gözdə,sevgilidə, yarda O varlNəfsi ölü, tamahı yox,peyğəmbərlik zirvəsidir,Məhəmmədlə Həradadır,Musa ilə Turda O varlİsrafil də xəbərdardırŞəms Mövlana səmasından,Qiyamətə qədər gedənsəsdə O var, surda O varl

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов