Heyif, hər sevginin sonu ayrılıq,Heyif, hər sevincin sonu kədərdir.Bir eşqin yolunda həyatın gedir,Ayılıb görürsən hər şey hədərdir.Bir dosta can deyib, can eşidirsən,Sağa boylananda, sola baxanda,Görürsən düşmənin dağlar qədərdir.İnsafın, imanın itdiyi yerdə,Görürsən şeytandan bir qulluq gəlir,Ləyaqət meydanı daralan günü,Rəzalət adında çuğulluq gəlir.Uca Fəzlullahı edam etdirən,Hər addım başında pusan çuğulluq.Böyük Nəsimini dar ağacında,Cəllad bıçağıyla kəsən çuğulluq.Qanı torpaq üstə “Ənəlhəq” yazan,Həllacı boğazdan asan çuğulluq.Hamını susduran, sakitləşdirən,Özü ustalıqla susan çuğulluq.Hər yanan işığın zülmətdir sonu,İşıq keçən kimi qaranlıq gəlir.Şeytanın işləri yaxşı gedəndə,Abad könüllərə viranlıq gəlir.Bəzən uzun çəkir dedi-qodular,Bəzən zəlzələtək bir anlıq gəlir.Bədxah var yanında hər xeyirxahın,Hər yaxşı əzabı bir pisdən çəkib.Allaha qalsaydı xoşbəxt olardı,Adəm nə çəkibsə iblisdən çəkib.Müdriklər meydandan çəkilən günü,Ortaya özündən razılar düşür.Pişiklər yeriyir pələngin üstə,Filin arxasınca tazılar düşür.Qısqanclıq nə qədər evlər dağıtdı,Nə qədər saraylar yıxdı paxıllıq.Başda qapaz oldu, ayaqda qandal,Çoxunun sonuna çıxdı paxıllıq.Hiylələr quruldu, torlar toxundu,Quyular qazıldı yaxşılar üçün.Üzə dur, ləkə vur, ev yıx, şər danış,Böhtanlar yazıldı yaxşılar üçün.Nə sakit ruhu var, nə rahat ömrü,Yamanın əlindən yaxşı dad çəkir.Dünyanın nə qədər dərd-azarı var,Yığır hamısını istedad çəkir.Şəmsin nə xəbəri çöldən, bayırdan,Könül aləminə səyahətdədir.İki can birləşib, bir cana dönüb,Ruhla bədən kimi sıx vəhdətdədir.Onun bir sözü var, bir sifəti var,Nə bilsin ətrafı min sifətdədir.Növbəyə dayanıb qeybət qıranlar,Yaxadan əl çəkmir yaxa cıranlar.Köklə budaq kimi bir doğmalıq var,Kökü budaqlara qısqanır onlar.Közlə ocaq kimi bir istilik var,Közü ocaqlara qısqanır onlar.Nadanlar arifi, xamlar ərmişi,Dayazlar dərini həzm edə bilmir.Şeytan fitvasına könül verənlər,Haqqın işlərini həzm edə bilmir.Gövhərin, incinin qədrini bilməz,Dayaz nə bilsin ki, dərində nə var.Ancaq Leyli bilər Məcnunluq nədir,Ancaq Fərhad duyar Şirində nə var.Nə bilsin Allahı dərk etməyənlər,Haqqın ocağında, pirində nə var.Nə İsa gün görüb, nə də Məhəmməd,Biri çarmıx görüb, biri daşqalaq.Haramı halalın gözünə qatır,Yamandan yaxşıya vurulan calaq.Nuhu, İbrahimi, Musası gəlsə,Dirilib dünyanın İsası gəlsə,İnsanın dünyada iblisdən böyük,Şeytandan amansız bəlası yoxdu.Neçə ki, dünyada şeytan var hələ,Neçə ki, şeytana meydan var hələ,Neçə ki, dincəlmir ara vuranlar,Neçə ki, ayrılmır yara vuranlar,Neçə ki, dillərdə dedi-qodu var,İblisin hiyləsi, məkrin odu var,Bu gözəl həyatın azad olmağı,Bu qoca dünyanın xilası yoxdur.

Şəms dedi-qodunun hədəfindədi,Qısqanclıq odundan qəlbə kin düşüb.Nifrət yarışında, söz qovğasında,Ortaya birinci Ələddin düşüb.Şəmsi dindirəndə qovrulur içi,Xoş sözü dilinə gətirə bilmir.Xəyanət toxumu düşür qəlbinə,Mərhəmət toxumu bitirə bilmir.Gəlmə bir dərvişin oduna düşüb,Atanın hamıdan aralanması,Ata qəlbindəki biganəlikdən,Oğul ürəyinin yaralanması,Ona ağır gəlir, ona zor gəlir,Ələddin bu işi götürə bilmir.Mövlana çəkilib öz hücrəsinə,Verib ürəyini Şəmsin səsinə,Elə bil soyuyub evdən, eşikdən.Sevdiyi qadından uzağa düşüb,Müdriklər, müridlər hələ bir yana,Doğma övladından uzağa düşüb.Yemək də, içmək də çıxıb yadından,Yeməyin dadından uzağa düşüb.

Kiçik bir dünyanın içindən çıxıb,Böyük bir dünyanın izinə düşüb.Yaradan göndərib səxavətiylə,Bəxtinə Şəms adlı xəzinə düşüb.

Əhvalı dəyişib onu görəndən,Onda bir dəlilik, divanəlik var.

Dünya nemətinə, ada, şöhrətə,Mala, xəzinəyə, mülkə, dövlətə,Onda bir soyuqluq, biganəlik var.Dünya nemətinin keçib yanından,Könül nemətini müqəddəs bilir.Haqqa bağlılığı, eşqə qulluğu,Ruhundan, qəlbindən gələn səs bilir.Didilir ürəyi qəzəbdə, kində,“Ələddin boğulur xiffət içində.Qərib bir dərvişə nə ehtiyac var,Atam ki dünyada hər elmə bələd.Dərvişi görəndən özündə deyil,Ona doğma olub bizə nabələd.Bir ata ürəyi Tanrı qatında,Bir oğul ürəyi dərd, təlaşdadı.Gör dərviş haraya dırmaşıb, çıxıb,Baş ayağa düşüb, ayaq başdadı”.Anlamır atanın ucalığını,Ələddin peşiman, pərişan olub.Dostu düşmən kimi görür gözləri,İşə salmaq üçün bir xəyanəti,Gedib düşmənlərlə barışan olub.Fürsət yoxsulları məqam axtarır,Nifrət qılıncını sıyırmaq üçün.Xainlər güc verir xəyanətinə,Şəmsi Mövlanadan ayırmaq üçün.

Ey Şəmsim, ey ŞəmsəddinimBu dünya heç dəyişmədi,Yenə azğın tamahlarınleş dağıdan leyləri var.Dərisinə isti keçməzadamları çox görmüşük,Biganələr aləmininnadanları, keyləri var.

Məhəbbətlə qucaq açandoğma, əziz dünyamızın,Doğmalıqdan uzaq olannə qədər ögeyləri var.Yandıran da, bişirən də,düşürən də sən özün ol,Yer üzünün gör nə qədərxamları var, çiyləri var.Bu dünyanın hər dərdiniancaq eşqi olan çəkər,Eşqə düşən ürəklərindil-dil ötən neyləri var.

Nəfsinin nökəri, qulu olanlar,Haqqı unutdular, haqdan azdılar.Zərrəcə Allaha yaxınlaşsalar,Şəmsi Mövlanadan qoparmazdılar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов