Sən ol
Gəl öz ömrümüzə bir dastan qoşaq,Alı xan mən olum, Pəri də sən ol.Toyum da, yasım da sənə bağlıdır,Ömrümün xeyri də, şəri də sən ol.
Baxma bu yollarda gördüyün çənə,Yağsa da başına qar dənə-dənə.Dünyanı gəzsəm də qayıdım sənə,Dünyamın göyü də, yeri də sən ol.
Əslinin getdiyi iz gözəl qalıb,Sənət ölməz olub, söz gözəl qalıb.Eşqin kitabında yüz gözəl qalıb,Həyatda qalanın biri də sən ol.
1975, 14 sentyabr İsmayıllı
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sen-ol
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dədə Qorqud, Xəstə Qasım, Qul Abbas,Torpağımda ustad da var, el də var.
QəhətdimiAşıq, oxuyursan yaxşı söz oxu,Deməyə mənalı söz qəhətdimi?
“Mansırı” havası üstündəYenə, a Saraçlı, nə yandırırsan,Qəlbində sızlayan kamanınmı var?
Dur ayağa, məmləkətim!Düşmən bilir bu torpağın altı nədir, üstü nə,Onunçün də od yağdırır gecə-gündüz üstünə.
Стихи других поэтов
Döndü murad üzrə fələkDövran bizimdir bu gecə
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
Dilbəra, saçın yilan tək qəsdi-can eylər yenəDilbəra, saçın yilan tək qəsdi-can eylər yenə,Gərdirdi mə’cəri başında qan eylər yenə.