Doğulduğum məkanın,Yurdu-yuvası bəlli,Suyu, havası bəlli.Öldüyüm yerin adı,Nə olacaq, bilmirəm.Zaman-zaman dərd kimi,İçərimdə qovrulan,Külə dönmüş ümidi,Küləklərə sovrulan,Bəlkə, Təbriz olacaq?Bəlkə, Mərənd olacaq?Bəlkə, Göyçə, Borçalı,Bəlkə, Dərbənd olacaq?Bəlkə, şəhər meydanı,Bəlkə, bir qanlı səngər,Bəlkə, bir kənd olacaq?Nə olacaq, bilmirəm,Bildiyim bircə şey var:Bir ustanın əliylə,Naxış-naxış qazılmış,Məzarımın üstündə,Başdaşıma yazılmış,Belə bir bənd olacaq:Yer üzündə bəndənin,Göy üzündə Allahın,Qədrini bildi getdi.İşıq ömrü yaşadı,Sevdi, sevildi getdi.

2000, 10 sentyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов