Sevgim
İçəndə ürəkdən oxay dedim mən,Bulağın gözünü, suyunu sevdim.Qarlı zirvəsindən baxdım düzlərəDağların vüqarlı boyunu sevdim.Analar evinə gəlin gətirdi,Payızda qızların toyunu sevdim.Vuruldum torpağa vurğun göylərə,Axarlı göylərə, durğun göylərə.Vətənə can dedim, anamı sevdim,Atamı, qeyrəti, inamı sevdim.Ellərin qəlbində məskən eyləyən,Dənizi, dəryanı, ilhamı sevdim.Sevirəm sözünü tutarmı dilim,Bu qədər sevgini kim yaşadır, kim?Sevincim, fərəhim dönməzmi yasa,Bu torpaq, bu Vətən, bu yer olmasa!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sevgim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Dağıt o əyri qaşın üstə zülfi- qarə, yerDağıt o əyri qaşın üstə zülfi-qarə, yeri,Vuranda qeybəti-kübradə zülfüqarə yeri.
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
YaralanandaNecə tab gətirsin belə ağrıya,Könlü sınan aşiq, yaralananda.