Tanrı cavan, qoca bilməz
Çox da böyükdü arzular,Yüzə qoymaz, yüzdən kəsər.Başqa ömrə calamaqçün,Tale ömrümüzdən kəsər.
Tufan salar, qan eyləyər,Gedəni yoldan eyləyər.Kimini qoldan eyləyər,Kimini də düzdən kəsər.
Tanrı cavan, qoca bilməz,Yüz də ağla, yaşı silməz.Özündən heç nə kəsilməz,Nəyi kəssə, bizdən kəsər.
2003, 16 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-tanri-cavan-qoca-bilmez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sirli bir nəsil yatır torpağın hər qatında,Neçə nəslin payı var bir insan həyatında!
Oxuyuram Nazim hikmətiQəbri Vətənindən aralı,Qəlbi Vətən sarıdan yaralı.
KişiMəhəmməd Əmin Rəsulzadənin*məzarı başında düşüncələr*
Çamlıcaİstanbula baxırsansa, Çamlıcadan bax,Qoy görünən gözəlliyin taxtı görünsün.
Стихи других поэтов
Məzluma hörmət et, qolundan yapış,Əlindən var-yoxun alandan olma.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,