Çamlıca
İstanbula baxırsansa, Çamlıcadan bax,Qoy görünən gözəlliyin taxtı görünsün.Ən istəkli nəğməsini oxusun dodaq,Qoy tarixin ən işıqlı vaxtı görünsün.
İstanbula baxırsansa, Çamlıcadan bax,Baxışında bu şəhərin baxışı qalsın.Ürəyində Günəş boyda yansın çilçıraq,Yaddaşında sarayların naxışı qalsın.
İstanbula baxırsansa, Çamlıcadan bax,Qəlbin dəniz laylasına qoy qulaq assın.Fatehlərə, sultanlara açılan qucaq,Bir gecəlik qoy səni də bağrına bassın.
İstanbula baxırsansa, Çamlıcadan bax,Türkiyənin göz bəbəyi gözdə nur olsun.Elə bax ki, sinən altda alışsın ocaq,Doğma səslər qaynağında səsin gur olsun.
İstanbula baxırsansa, Çamlıcadan bax,Yoxuş çıxıb, yol yerisən zəhmətə baxma.Az da olsa ucalığa qonaq ol, qonaq,Bu bir Tanrı fürsətidir, əldən buraxma!
İstanbula baxırsansa, Çamlıcadan bax,Heyran qalıb hər baxışa uyursan onda.Nə deməkdi kişilərin qoyduğu papaq,Türkün gücü nə deməkdi, duyursan onda!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-camlica
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Məni yardan ayrı salan,Görüm üzün siyah olsun
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Qəzəl: Xəddin qoymadı çöhreyi-güldə lətafətiXəddin qoymadı çöhreyi-güldə lətafəti,Qəddin qopardı başına sərvin qiyaməti
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,