Təcnis
Deyirlər sevdiyim qəmlənib bir az,Heç ona qəm-qüssə yaraşandımı?Görüşək, dost olaq sevincimizlə,Dərdə həmdəm olmaq yara şandımı.
Ondan ötrü neyliyirsən görə, sən,Gözüm, üstən küləkdimi gör əsən.Məndən ayrı nə gündədi görəsən,Yarın sinəsində yara şandımı?
Hökmlə deyil ki, deyəm yan, a şam,Yersiz, ağır işdi, çətin yana şam.Gərək özüm gedəm, özüm yanaşam,Hicran dağlarını yar aşandımı?
1972, 8 dekabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-tecnis-2
Клавиши ← → для перехода, R — случайное стихотворение