Gül açasan ömrün bahar çağında,Budaq əyə, bar verəsən qışacan.Gərək elə gətirəsən payızı,Heç olmaya qış təntiyən, qış acan.

Nə yaratsan yaradasan ürəkdən,Pis toxumdan heç tutmaya ürək dən.Od almasan bir sevdalı ürəkdən,Səni vaxtsız əldən salar qış, a can.

Mənzil kəsmək qış çətindi, yaz asan,Yaxşı keçsə ömrü-günü yaza san.Yazanda da yaza şeir yazasan,Verməyəsən sərt ayaza, qışa can.

1972, 10 dekabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе