Ağrı cana asan gəlir,Ağrı candan çətin çıxır,Yun daraqdan ayrılantək,Sümüyündən ətin çıxır.

Ümidini kəsir haqdan,Taxta çıxan enir taxtdan,Hamı keçir bu sınaqdan,Mində biri mətin çıxır.

Heçə dönür inancımız,Kəsmir ürəkdə sancımız.Axır günə qazancımız,Beş arşın ağ, sətin çıxır.

2010, sentyabr,

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов