Unudulmaz ağsaqqalımız Rəşid Mahmudovun xatirəsinə
Mən onu həmişə işiqlı, nurlu,Mən onu həmişə ziyalı gördüm.Səmimi, mehriban, ötkəm, qürurlu,Abırlı, ismətli, həyalı gördüm.
Mən onu görəndə başa düşürdüm,Nədir, nə deməkdir ağsaqqal olmaq.Bir evin içində dünyaya gəlib,Bir elin içində bir mahal olmaq.
Qələmə dəftərə nur yağa-yağa,Yazdıqca yazırdı Rəşid müəllim.Qaynar cavanlara dayaq olmağa,Həmişə hazırdı Rəşid müəllim.
Nurlu çöhrəsindən işıq süzülür,Yaratmaq eşqiylə aşıb-daşırdı.İstedad tapanda gözləri gülür,Gəncləri görəndə cavanlaşırdı.
Ruhu təmiz idi dümağ qar kimi,Qəlbi çıraqlıydı Rəşid müəllim.Məğrur palıd kimi, xan çinar kimi,Qollu-budaqlıydı Rəşid müəllim.
2009, 7 oktyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-unudulmaz-agsaqqalimiz-resid-mahmudovun-xatiresine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qış vaxtında budaqlarda bar qalmaz,Əncir nədi, alma nədi, tut nədi?
Ozan oldum, ozanlara qarışdımTale məni bir söz üstə köklədi,Ozan oldum, ozanlara qarışdım.
YatırGecə keçmiş gecədən, büsbütün şəhər yatır,Şəhərin qucağında xeyir yatır, şər yatır.
GizlidiAşkar olan heç nə yoxdu,Həyatda hər şey gizlidi.
Стихи других поэтов
Gözəllikdə sən təki pəri tapılmazMən Misri, İslambulu, Şamı görmüşəm
SevgilimGecə-gündüz həsrətini çəkməkdənGünümü eylədim qara, sevgilim,
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,