Göz tavana dikili,Yuxu ərşə çəkili,Xəstə boynu bükülü,Xəstəlik şahlıq eylər.

Aparmağın vaxtı var,Çöldə hazırdır çapar,Ürəkdən bir od qopar,Ömrü bir ahlıq eylər.

Can quru kəfəndədi,Nə dərd var bədəndədi.Bəndə aciz bəndədi,Ölüm allahlıq eylər.

2003, 30 aprel

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви