İstanbulda quşlar qondu çiynimə,Aman Allah! Quşlara bax, quşlara.Nə çəkinir, nə perikir, nə qorxur,Necə qonur çiyinlərə, başlara.

İstanbulda quşlar qondu çiynimə,Üz-gözümə sığal çəkdi lələklər.Elə bildim xeyri-şəri yazmağaQuş donunda göydən enib mələklər!

İstanbulda quşlar qondu çiynimə,Səpələdim sevgini də, dəni də.Nağıldakı şahlar düşdü yadıma,Elə bildim şah seçirlər məni də!

İstanbulda quşlar qondu çiynimə,Həvəsimdən havalandım quş kimi.Heç bilmirəm o çağlara nə deyim,Gəldi, getdi yuxu kimi, quş kimi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов