Payızı geydim əynimə
Qara saçım gümüşlədi,Sazımın telləri kimi.Gələn günlər qəm gətirərPayızın yelləri kimi.
Gözümdən bulaq tökülər,Gözümə torpaq tökülər.Üstümdən yarpaq tökülərÖmrümün illəri kimi.
Ölümüm gəlmir eynimə,Payızı geydim əynimə.Yarpaqlar qonur çiyniməAnamın əlləri kimi.
Dərd olub neyə, çəkilləm,Hopub hər şeyə, çəkilləm.Nur olub göyə çəkilləm,Göyün qəndilləri kimi.
2001, 2 yanvar
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-payizi-geydim-eynime
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəzirdim çölləri bir yaz axşamı,Ruhumun, qəlbimin bir saz axşamı,
Sev, ey könül, sevÇəməni, çiçəyi, gülü, naxışı,Buludu, dolunu, qarı, yağışı,
Səni min illərə hesablamışamAltmış özü də az ömür deyil,Haqqın dərgahından söz alan ömrüm.
DostluqYazıq ömür talanmadın dekimlərin əlində,
Стихи других поэтов · О природе
Könül bir bülbüli-şeydadı, gül eşqində nalandır,Gözüm əbri-bəla tək qamətin hicrində giryandır.
Hər kim edərsə vərdiş eşqü səfayi-yarəHər kim edərsə vərdiş eşqü səfayi-yarə,Əvvəlcə ixtiyarı atsın gərək kənarə.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Mən sarvanamMən sarvanam – yol gedirəm,Karvanıma hürənə bax!