Yazıq ömür talanmadın dekimlərin əlində,Hey didildin, parçalandınhökmlərin əlində.Gözü qalar iynələrin,həkimlərin əlində,Dərdi ağır olan xəstədərman ilə dost olar.

Gözlərindən yayındırmazbir çınqını, bir daşı,Üfüqlərin həmdəmidi,zirvələrin qardaşı.Təbiətdə nə ki sirr varhər birinin sirdaşı,Əkən, səpən, döyən, biçənxırman ilə dost olar.

Qayalaşar, qayalarınsərt dilində danışar,Od dilində, quş dilində,qurd dilində danışar,Yerin, yurdun doğmalarıyurd dilində danışar,Ocaq ilə, oymaq ilə,orman ilə dost olar.

Hər yaradan, hər yarananbir çırpınan ürəkdi,Yaradılan hər nə varsaYaradana gərəkdi.Nökər olan kimsələrindostu beldi, kürəkdi,Padşah olan hökm verər,fərman ilə dost olar.

2010, 10 aprel

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов