Səni min illərə hesablamışam
Altmış özü də az ömür deyil,Haqqın dərgahından söz alan ömrüm.Peyğəmbər ömrünə yaxın ömürdü,Getdikcə qısalan, azalan ömrüm.
Həm uca saraysan, həmi daxma, dam,Həm doğan Günəşsən, həm sozalan şam,Səni min illərə hesablamışam,Cismani möhləti az olan ömrüm.
Ötkəmdi, möhkəmdi, məğrurdu, şıxdı,Çox-çox ömürlərə yar-yaraşıqdı.Həzin xanəndədi, coşqun aşıqdı,Ney olan, tar olan, saz olan ömrüm.
Bələklə kəfəndi, ruh ilə bədən,Tez uçdu, tez keçdi bilmirəm nədən,Gözəli görəndə ürəyi gedən,Ağlını başından qız alan ömrüm.
Ruhlara dəm verən, hala gətirən,Sözü şirinliyən hala gətirən,Dili öz başına bəla gətirən,Qəbri öz əliylə qazılan ömrüm.
Sıyrıldım şübhədən, çıxdım gümandan,Qorxub çəkinmədim dağdan, dumandan,Tarixdən, yaddaşdan, vaxtdan, zamandan,Naz çəkən, naz satan, naz alan ömrüm.
Keçmişə bağlandın, sabahı sevdin,Dərgaha çevrildin, dərgahı sevdin,İnsana baş əydin, Allahı sevdin,Alnına ucalıq yazılan ömrüm.
2010, 30 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-seni-min-illere-hesablamisam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xocalı qırğını ilə bağlı Rəsul Həmzətov Azərbaycan*Yazıçılar Birliyinə başsağlığı teleqramı göndərib.*
İranın Azərbaycandakı səfiri Əfşar Süleymaniyə açıq məktubGərək sərhəd gözləsinBir dövlətin adından
Bir kövrək havadı sazımda KərkükTürkiyə qətiyyət göstərməsə, bizi də itirər,Türk dünyasını da, özünü də.
Qürbətdə görüş1991-ci ilin qış günləri idi. Dostlarım məni Qaza xıs -tanın Çu vilayətinə görüşlərə dəvət etmişdilər. XX əsrin
Стихи других поэтов · О любви
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyilKönlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,