Göylərə baxıram,Nə tərtəmiz bir ulduzu,Nə ləkəsiz Ayı qalıb.Yerlərə baxıram,Nə duru bircə çeşməsi,Nə bir təmiz çayı qalıb.Təbiətə baxıram,Cüyür küsüb, ceyran ölüb,Meşələrdə ayı qalıb.Yaradana baxıram,Boynumuzda, gör, nə qədər,Halal haqqı-sayı qalıb.İnsanlara baxıram,Ziyarətə gedənlərdənŞikayətə gedəni çox.Yaxşıları köçüb gedib,Ortalıqda zayı qalıb.Dünyaya baxıram,Deyəsən, bu dünyanın daƏlənib, hay-hayı gedib,Axıra vay-vayı qalıb.

2000, 16 dekabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов