Ürəyim köksümü yarıb çıxardı,Nə zaman gözlərim görsə qızları.Mənim mahnılarım dayandırardı,Hər səhər gedəndə dərsə qızları.

Qaynar baxışlardan od yağa-yağa,Enərdik arana, qalxardıq dağa.Qoymazdı bizlərə yaxınlaşmağa,Çəkərdi inadı tərsə qızları.

Zəlimxan, xatırla sən o dəmləri,Şeyx Sənanlara verdi qəmləri.Dinindən döndərdi Xan Kərəmləri,Tərsa gözəlləri, tərsa qızları.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов