Əbdüllətif Bəndəroğluna

Bakıdan Bağdada salamlar yetir,Eşidən qulaqlar var olsun, ustad!Fərəhlə sıxanda əllər əlləri,İsinən barmaqlar var olsun, ustad!

Tez-tez xatırlanar, analar anan,Verər qiymətini düşünən qanan.İsti nəfəsində od alıb yanan,Alışan ocaqlar var olsun, ustad!

Görüşdə keçəndə şirindi dəmlər,Ayrılıq gələndə ağırdı qəmlər.Yaxşı günümüzdən yazan qələmlər,Yazılan varaqlar var olsun, ustad!

Biz ki bənzəmədik boş kötüklərə,Verdik çiynimizi ağır yüklərə.Sağlam gövdələrə, sağlam köklərə,Güvənən budaqlar var olsun, ustad!

Qədim bir tarixdi şeirin hər qatı,Tanıdar nəsili, tanıdar zatı.Burda bayatını, orda xoyratı,Oxuyan dodaqlar var olsun, ustad!

Dodaqda söz oldun, ay Bəndəroğlu,Ocaqda köz oldun, ay Bəndəroğlu,Torpaqda iz oldun, ay Bəndəroğlu,Sənintək qonaqlar var olsun, ustad!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов