Elin dar ayağında,Xalqın haqlı günündə,Müqəddəs duyğularınBoğanaqlı günündə,Öldürülmüş hislərinDirilən vədəsində,Əsəblərin sim kimi,Gərilən vədəsində,Xalqın ehtiyacı var,Əsil VətəndaşlaralDöyünən ürəklərə,Düşüncəli başlaralXalqın ehtiyacı var,Hava kimi, su kimi,Ən böyük bir həqiqət,Ən şirin arzu kimi,Yaşayan oğullaralÇiynində el yükünüDaşıyan oğullaralBir az sərt, bir az dəli,İnamlı, əqidəli,İnadıyla dağ yarıb,Daş oyan oğullaralArxalı köpəklərinDişini qırmaq üçünGüc gərək, kömək gərəkYalqızlara, təklərə.Xalqın ehtiyacı var,Bugünkü BabəklərəlBöyük imkanlı “dostlar”

Böyük həqiqətimiBürüyürlər pərdəyə.Xalqın ehtiyacı var,Ən güclü şəxsiyyətə,Ən böyük sərkərdəyəlGör nələr deyilmədiXalqımın ünvanına.Öz evimin içindəQaçqınam, didərginəmlDəniz qədər tufanlı,Çaylar qədər gərginəmlBu gün yaman durublarDilimin, tariximin,Millətimin qəsdinə.Vallah, mənə baxandaMin şükür Afrikaya,Min şükür FələstinəlHər deyilən nahaq söz,Ürəyimi yandırır.Gör düşmən nələr deyir,Özü inanmasa da,Özgəni inandırır.Olan ancaq o olub,Mən heç mən olmamışam)Mən torpaq olmamışam,Mən Vətən olmamışamlOlmayıb bu dünyadaNizami Gəncəvi də,Məhəmməd Füzuli dəlDünyanı sehrləyənFüzulinin dili dəlDünənimin qeyrətiDədə Qorqudum da yox.Bu günümün şöhrətiAlovum, odum da yox.

Pay-pay böldülər məni,Payımı gizlədilər.Oxumu atsalar da,Yayımı gizlədilər.Neçə dəfə saydılar,Sayımı gizlədilər.On səkkiz milyon nədir,O tayda lap az oldum.O qədər saydılar ki,Axır sayılmaz oldum.Zarafata salıblarTaleyini millətin.Bu ağır zarafatdan,Yaxa qurtarmaq çətin.Qumara qoyulmuşam,Qumarbazlar əlində.Azım çoxlar əlində,Çoxum azlar əlində.Düşünürəm, görəsənNədir mənim günahım?Bəlkə əliaçıqlığım,Səxavətim günahkar?Bəlkə ədalətsizəƏdalətim günahkar?Bəlkə də həqiqətin,

Adı “ənəlhəqq” olanSözün günahkarıyam?Bəlkə zamanın özüMeydan açır əyriyə?Geniş meydan verir ki,Xəyanət at oynada,Həm yeyə, həm səyriyə?Yox, bu daha ağ olar,Nahaqqa meydan verib,Haqqı alçaltmaq olarlİnandığım həqiqətMən səni tanıyıram,Sən alçalan deyilsən.Boş şöhrətə, alqışaÇəpik çalan deyilsən.Xəyanətin bağrınaSaplanan bir süngüsənlSən Koroğlu qılıncı,Sən Fərhad külüngüsənlXalqımın tarixindəSənə qaralar yaxanNeçə namərd görmüşəm.İt hürər, karvan keçər,Qranit qayalartəkMən səni sərt görmüşəmlMən sənə güvənmişəm,Həqiqətin gəncliyi,Gəncliyin həqiqəti,Çaşma yolundan qəti.Bu günün gənci kimdi,Sabahın ağsaqqalılGəlin, daha birləşək,Olaq dünəndən halı.Gəlin, Təbrizdən əvvəlÖzümüzdə birləşək,Gözümüzdə birləşək.Cənginin səslədiyiDoğma səsdə birləşək.Bir canda, bir ürəkdə,Bir nəfəsdə birləşək.Kökümüz bir olubsa,Soyumuz bir olubsa,Havamız bir olubsa,Suyumuz bir olubsa,Niyə bizim işimiz,Sözümüz bir olmasın?

Nə üçün astarımız,Üzümüz bir olmasın?Nə üçün avandımız,Tərsimiz bir olmasın?Yazılan kitabımız,Dərsimiz bir olmasınlBu gün də birləşməsək,Birləşməyə çağıranYolu fikirləşməsək,Yönü fikirləşməsək,Onda yenə artacaqGündən-günə səhvimiz.Səhvimizin nöqtəsiBirdəfəlik məhvimizlBoylananda arxaya,Babəkin səhvinə baxlGetdi, Səhl-SumbatıÖzünə dost elədi.Səhl-Sumbat BabəkəDağ çəkdi, qəsd elədilXətai boyda dahiŞərəfimi, adımı,Göylərə qaldıranda,Bircə səhvin ucundanVuruldu ÇaldırandalBölündük, parçalandıqNeçə-neçə xanlığalBaşımız hazır olduHəmişə qurbanlığal

Səttarxan səhv elədi,Şah sözünə aldanıbTehrana qayıdanda.Ən böyük əməlləriSatqınlığın əliyləBatdı qırğında, qandalBurda çar ayaqladı,O yanda da şah mənilDünənki səhvlərimdənDərs götürə bilməsəm,Bugünkü səhvlərimdənSaxlasın Allah mənilDərman əlac eləmirQəlbə düşən xallaralXalqın ehtiyacı var,Əsl ağsaqqallaralAğsaqqalın sözününOduna ehtiyac var,Qoruna ehtiyac var.Ağsaqqalın üzününNuruna ehtiyac varl

Ağsaqqala ehtiyac,Təəssüflər yaradanQəlbin ahından doğur.Dumanlı keçmişlərinMin günahından doğur.Nurla dağıtmaq gərəkQatılaşan dumanı.Buludlar çəkiləndəVətənin göylərindənYenə şimşəklər bizəVerməyəcək amanı.Əgər yoxsa başçımız,Əgər yoxsa başımız,Onda bədən neyləsin.Qoruya bilmədiksəŞərəfini, adını,Buna torpaq neyləsin,Buna Vətən neyləsinlBizə ağsaqqal gərək,Yurdu yada verməsiniBizə ağsaqqal gərək,Xalqı oda verməsinlXalqı qana, qırğına,Dərdə, oda verməsinlBizə ağsaqqal gərək,Qiblə bilək, and içək,Qeyrətinə, adınalGənclik dara düşəndəÇatsın onun dadınalBizə ağsaqqal gərək,Biz döyüşə gedəndəO, bizə səngər olsunlCövhərində kişilik,Sözündə ləngər olsunlAdı çəkilən kimi,Buyruğuna, əmrinəEllər səfərbər olsunlBizə ağsaqqal gərək,Güvəndiyi həqiqət,Dayağı bəşər olsunl

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов