Hara gedirəm gedim,çəkir məni özünə,Dəli-dolu, havalı,çılğın xatirələrim.Mənə şairlik verib,ürəklərə endirib,Şair kimi fikirli,dalğın xatirələrim.

Canımın ağrısıdırsaçımın artan dəni,Göynərtilər üşüdürqəlbi, ruhu, bədəni.Uşaq kimi əlimdəntutub gəzdirir məni,Yovşan ətri, kəkotu,yulğun xatirələrim.

Yüz də çağır, harayla,haray axşam, haray dan,Nə göylərdən kömək var,nə çəkdiyim haraydan.Qopur, düşür, tökülürömür adlı saraydan,Seyrəlir, seyrəkləşirdolğun xatirələrim.

Hərdən işarə veribəcəl çalır zəngini,Ürək saxlaya bilmirritmini, ahəngini.Saralır yavaş-yavaş,itirir öz rəngini,Payız yarpağı kimisolğun xatirələrim.

2009, 31 yanvar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов